İran prezidenti və nazirlər kabinetinin üzvləri İnqilab Rəhbəri ilə görüşüblər
İyul 15, 2018 17:08 Asia/Baku
İran İslam Respublikası prezidenti və nazirlər kabinetinin üzvləri bu gün səhər İran İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.
İnqilab Rəhbəri ofisinin informasiya portalının verdiyi məlumata görə, Həzrət Ayətullah Xamenei İran İslam Respublikası prezidenti Həsən Ruhani və nazirlər kabinetinin üzvləri ilə görüşdə bütün rəsmilərin fasiləsiz səy və təlaşı habelə, vətəndaşların əməkdaşlığı və yekdilliyi ilə ölkənin iqtisadi problemlərin öhdəsindən gəlməyə qadir olduğunu deyərək, hazırkı məqamda düşmənin planları ilə mübarizə aparmaq üçün lazım olan şəraitə aydınlıq gətiriblər.
Bu görüşlə bağlı ətraflı məlumat İnqilab Rəhbəri ofisinin informasiya portalı tərəfindən yayımlandıqdan sonra təqdim olunacaq.