İyul 16, 2018 08:12 Asia/Baku
  • İran xarici işlər nazirinin baş köməkçisi Suriya prezidenti ilə görüşüb
    İran xarici işlər nazirinin baş köməkçisi Suriya prezidenti ilə görüşüb

İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Suriya prezidenti ilə bu ölkənin son olayları barədə danışıb.

İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Hoseyn Caberi Ənsari dünən Dəməşqə daxil olduqdan sonra Suriya prezidenti Bəşşar Əsədlə görüşüb və bu ölkənin ordusu və silahlı qüvvələrinin terrorçular üzərindəki son qələbələrini təbrik edibdir.

Suriya prezidenti də deyib: Terrorizmin Suriya ərazisinin əksər hissəsində aradan götürülməsi siyasi səviyyədə nəticələr əldə etmək üçün münasib zəmin yaradıbdır ki, bu, Suriyaya qarşı savaşa son qoyur, amma bu hərəkətə mane olan məsələ terrorizmə dəstək verən ölkələrin yürütdükləri siyasətlər və onların qoyduqları önşərtlərdir.

Hazırda Suriyada səfərdə olan İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Hoseyn Caberi Ənsari sabah İran İslam Respublikası prezidentinin mesajını bəyan etmək və Livan rəsmiləri ilə görüşmək üçün Beyruta səfər edəcək.

Teqlər