Pərvizxan sərhəd sənaye şəhəri İranın iştirakı ilə yaradılacaq
İyul 20, 2018 09:07 Asia/Baku
İraqın Kürdüstan bölgəsinin Pərvizxan sərhəd keçidinin baş direktoru Pərvizxan Sənaye Şəhərinin İran İslam Respublikasının köməyi ilə yaradılacağını bildirib.
İRNA-nın məlumatına görə, Pərvizxan sərhəd keçidinin baş direktoru Əli Tofiq deyib: Pərvizxan sənaye şəhərinin dizaynı başa çatıb və tezliklə İran İslam Respublikasının özəl şirkəti və İraq Kürdüstanının şirkətinin iştirakı ilə yaradılacaq.
Tofiq əlavə edib: Pərvizxan sənaye şəhərində İrandan İraq Kürdüstanına gələn sənaye məhsullarının istehsalına şərait yaradılıb və iki tərəf arasında iqtisadi əməkdaşlıqların inkişafına səbəb olacaq.