General Cəzairi: Düşmənlər İslam İnqilabı qarşısında nakam qalıblar
İran silahlı qüvvələrinin baş qərargah rəisinin müşaviri deyib: İran İslam Respublikasının düşmənləri o cümlədən Amerika İslam İnqilabı qarşısında nakam qalıblar.
General Məsud Cəzairi Ağ Ev başçıları və ABŞ medialarının İrana qarşı geniş təbliğatlarına işarə edərək, deyib: Amerikalılar İslam İnqilabından narahatdırlar və xeyli qəzəblidirlər.
İran İslam Respublikasının hazırkı regional və beynəlxalq mövqeyinə işarə edən general Cəzairi əlavə edib: Amerikalılar İran İslam İnqilabının hegomonçuluq və zorakılıq ilə müxalif olan ruhiyyəsinə qarşıdırlar.
İran silahlı qüvvələri baş qərargah rəisinin müavini əlavə edib: Amerikalılar daim İran İslam Respublikasına zərbə vurmağa çalışırlar. Buna görə də bu məsələni özlərinin həmişəlik proqramlarına çeviriblər.