İyul 30, 2018 14:11 Asia/Baku
  • Qasemi: Amerikanın hazırkı dövləti etimadediləsi deyil
    Qasemi: Amerikanın hazırkı dövləti etimadediləsi deyil

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın hazırkı dövləti ilə hər cür dialoqu rədd edərək deyib ki, bu ölkənin dövləti etimadediləsi deyildir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün Tehranda daxili və xarici müxbirlərlə brifinqdə İran ilə Amerikanın şifahi gərginlikləri və iki ölkənin müzakirəsinə dair bəzi iddialar barədə belə əlavə edib: Mövcud şəraitə, o sıradan Amerikanın birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxması, İran xalqına qarşı düşmənçilik hərəkətləri və bu xalqa iqtisadi təzyiq göstərməyə və yeni sanksiyalar tətbiq etməyə çalışmasına görə, müzakirə üçün şərait mövcud deyildir.

Qasemi İranın Amerikadan Beynəlxalq Ədalət Məhkəməsinə şikayəti barədə isə belə deyib: İran öz hüquqlarının reallaşması və öz öhdəliklərinə sadiq qaldığını sübut etmək üçün, həmçinin Amerikanın birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasına görə, bu mexanizmdən və digər qanuni metodlardan istifadə edəcəkdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın nüvə anlaşmasının davam etməsi tərzi barədə təkliflər verməsi üçün Avropaya verdiyi möhlət ilə bağlı belə əlavə edib: İran ilə avropalı tərəflər arasında daimi əlaqələr davam edir; nikbinliklər də mövcuddur və bütövlükdə müsbət əlamət görünür.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın TeleRadio Təşkilatının sərhədaşırı müxbirinin Fransa prezidentinin xüsusi nümayəndəsinin İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi ilə olmuş son görüşü və Fransanın Suriya böhranının həllinə yardımçı ola bilməsi barədəki sualının cavabında deyib: Fransanın Tehrandakı səfirinin tapşırıq müddəti başa çatıb və o, son zamanlar Fransa prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilibdir.

Qasemi söyləyib: Fransanın Tehrandakı səfiri İran rəsmiləri ilə vida görüşləri keçirməkdədir və İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi ilə olmuş görüşü, Caberi-Ənsarinin Suriya məsələsindəki roluna görə keçirilibdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerika prezidenti tərəfindən "ərəb NATO-su" planının irəli sürülməsinə də toxunub: Bu məsələ yeni bir məsələ deyil və keçmişdə də bəzi orqan və araşdırma mərkəzləri onu irəli sürmüşdülər, amma bu gün bu mövzu uca səslə irəli sürülür.

Qasemi əlavə edib: NATO zaman vəziyyətinə və bəzi zərurətlər və imkanlara görə təşkil olundu, amma ərəb ölkələri ilə bağlı aydın gerçəkliklər kimi mövcud olan məsələlər ilə, belə bir termindən istifadə, yanlış bir hərəkətdir və bu məcmuə ilə Şimali Atlantika Alyansı ölkələri arasında oxşarlıq yaratmaq olmaz.

Teqlər