Tehran Aİ-nin təklif paketinə münasibət bildirdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran və Avropa İttifaqının tez bir zamanda nüvə anlaşması ilə əlaqədar təklif paketi haqda razılığa gələcəklərinə ümidvar olduğunu bildirib.
İranın XİN sözçüsü Bəhram Qasemi şənbə günü PANA xəbər agentliyi ilə müsahibədə Avropa İttifaqının nüvə anlaşması ilə əlaqədar İran üçün olan təklif paketi haqda deyib: Avropa ilə əməkdaşlıqlar durdurulmayıb. Amma, bəzi sahələrdə gecikmələr və ya təxirlərin olması mümkündür. Bəzi şirkətlər də İran ilə əməkdaşlıq məsələsində ABŞ şirkətləri ilə olan əlaqələrinin taleyi barədə bəzi şübhələrə malikdirlər.
Qasemi nüvə anlaşmasının davam etməsi üçün Aİ-nin lazımi siyasi iradəyə malik olduğunu deyərək, əlavə edib: Onlar bilirlər ki, nüvə anlaşmasını qorumaq üçün İranın razılığını əldə etməlidirlər.