Avq 05, 2018 18:18 Asia/Baku
  • İranın nizam-intizam qüvvələri komandanı: İranda təhlükəsizlik problemi yoxdur
    İranın nizam-intizam qüvvələri komandanı: İranda təhlükəsizlik problemi yoxdur

İran İslam Respublikasının nizam-intizam qüvvələri komandanı ölkədə hansısa təhlükəsizlik probleminin olmadığını deyib.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Hüseyn Əştəri Qum vilayətinin yeni polis rəisinin tanıtım mərasimində etnik və dini çeşidliliyə malik olan istənilən ölkədə bəzi cinayət halları və ya ictimai və iqtisadi qanun pozuntularının mövcud olduğunu deyərək, polisin vəzifəsini önləyici tədbirlərin həyata keçirilməsi, mübarizə və qanun çərçivəsində rəftarın edilməsi adlandırıb.

General-mayor Əştəri əlavə edib: Xalqın agahlığı, rəhbərliyin istiqamətləndirmələri və təhlükəsizlik orqanlarının səyləri nəticəsində bu gün İran ən təhlükəsiz ölkələrdən biridir.

İranın nizam-intizam qüvvələri komandanı düşmənlərin İran xalqına qarşı fitnəkar planlarının mürəkkəb hal aldığını deyərək, əlavə edib: Polisin ayıqlığı, potensialları və imkanları da xeyli genişlənib. Və xalqın və rəsmilərin ayıqlığı, həmrəyliyi və yekdilliyi ilə İran bütün fitnələrin öhdəsindən gələcək.

Teqlər