Avq 14, 2018 20:36 Asia/Baku
  • İlk neft tankeri Çabahar limanına yan alıb
    İlk neft tankeri Çabahar limanına yan alıb

İranın Sistan və Bəluçestan vilayəti Çabahar bölgəsinin neft məmulatlarının paylanması Milli Şirkətinin direktoru ilk neft tankerinin bu limana yan aldığını bildirib.

İSNA-nın məlumatına görə, Mustafa Nəxəi bu gün deyib: Lazımi infrastrukturların yaradıldığına görə, 50 milyon litr neft-qaz yükü olan ilk neft tankeri Çabaharın Şəhid Behişti limanının 5-ci platformasına yan alıb.

İranın Sistan və Bəluçestan vilayəti Çabahar bölgəsinin neft məmulatlarının paylanması Milli Şirkətinin direktoru İranın şərqində neft məmulatlarının palyanması istiqamətində bölgənin əməliyyat potensialının yüksəldilməsini Çabaharın Şəhid Behişti limanının 5-ci platformasının istifadəyə verilməsinin əsas imkanlarından adlandırıb.

Strateji mövqeyə malik İranın Çabahar limanı Mərkəzi Asiyada yerləşən ölkələrin beynəlxalq sulara çıxışı olmadığına görə, bu ölkələr üçün ən əhəmiyyətli və yaxın yol hesab olunur.

 

Teqlər