Zərif: Avropa nüvə anlaşmasındakı siyasi öhdəliklərinə əməl etsin
https://azeri.sahartv.ir/news/İran-i321392-zərif_avropa_nüvə_anlaşmasındakı_siyasi_öhdəliklərinə_əməl_etsin
İranın xarici işlər naziri bildirib ki, avropalılar nüvə anlaşmasının qorunması üçün çoxlu sayda üsullar təqdim ediblər. O, deyib: Zəruridir ki, avropalılar siyasi öhdəlik elan etməkdən əlavə, nüvə anlaşmasının qorunması üçün lazımi real addımlar atmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2018 16:11 Asia/Baku
  • Mohəmməd Cavad Zərif
    Mohəmməd Cavad Zərif

İranın xarici işlər naziri bildirib ki, avropalılar nüvə anlaşmasının qorunması üçün çoxlu sayda üsullar təqdim ediblər. O, deyib: Zəruridir ki, avropalılar siyasi öhdəlik elan etməkdən əlavə, nüvə anlaşmasının qorunması üçün lazımi real addımlar atmalıdırlar.

Mohəmməd Cavad Zərif bu gün müxbirlər qarşısında əlavə edib: Əgər müxtəlif ölkələr nüvə anlaşmasının mənfəətlərindən bəhrələnmək istəyirlərsə, bu nailiyyətin qorunması üçün real şəkildə iş görməli və lazımi xərci ödəməlidirlər.

Zərif vurğulayıb: Amerikalılar nəinki özləri qanunu pozurlar, həm də dünya xalqlarına təzyiq göstərirlər ki, qanunu pozsunlar. O, deyib: Dünya Amerikanın bu hərəkəti qarşısında dayanmalıdır. Əks halda, daha böyük xərclər ödəməlidir.