İslam inqilabının böyük rəhbəri: Havadan müdafiə qərargahı İran düşmənləri ilə qarşılaşmanın ön xəttindədir
İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı İİR ordusu havadan müdafiə qərargahının silahlı qüvvələrin son dərəcə həssas bölməsi və İran düşmənləri ilə qarşılaşmanın ön xətti olduğunu bildiriblər.
Həzrət Ayətullahül-üzma Xamenei bu gün Havadan müdafiə günü münasibəti ilə, İran İslam Respublikası ordusunun Xatəmül-ənbiya(s) havadan müdafiə qərargahının komandanları ilə görüşündə Ordunun havadan müdafiə hazırlığı və qabiliyyətlərinin artırılmasına təkid edərək bildiriblər: Siyasi hesablamalara görə hərbi müharibənin baş verməsi ehtimalı mövcud deyil.
Ali baş komandan bildiriblər: Eyni zamanda silahlı qüvvələr tam ayıqlıqla , məhsuldar və cəld idarə etmə ilə öz kadr və təchizat potensiallarını gün-gündən gücləndirməli və bilməlidirlər ki, silahlı qüvvələrin hazırlığının artırılması istiqamətində atılan hərhansı bir addım bir ibadətdir və Allah taalanın nəzdində bəyənilmiş əməldir.
Bu görüşdə İİR ordusunun Xatəmül-ənbiya(s) havadan müdafiə qərargahının komandanı General Mayor Əlirza Səbahifərd bu qərargahın proqramlar və fəaliyyətləri barədə hesabat təqdim edib.
İİR ordusunun Xatəmül-ənbiya(s) havadan müdafiə qərargahı 2008-ci il avqustun 31-də islam inqilabının böyük rəhbərinin tarixi fərmanı ilə yeni formada təşkil olunmuşdur.