Sen 11, 2018 09:19 Asia/Baku
  • Laricani: Düşmənin xalqın İnqilabdan ayrılmasına dair təsəvvürü yanlışdır
    Laricani: Düşmənin xalqın İnqilabdan ayrılmasına dair təsəvvürü yanlışdır

İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ başda olmaqla dünyada formalaşan cərəyanlar İran xalqını sanksiya və təzyiq yolu ilə İnqilabdan ayıra biləcəklərini düşünürlər. Amma, səhv edirlər.

İRNA-nın məlumatına görə, Əli Laricani bazar ertəsi günü Fars vilayətinə olan səfərinin ikinci günündə İranın şəhidlərin qanı və xalqın dəstəyi ilə inkişaf etməkdə olduğunu deyərək, əlavə edib: Hamının Amerikanın nökəri olduğu bir məntəqədə İmam Xomeyni(rə) İran xalqını xilas etdi və indi İslam İnqilabı başqaları üçün bir nümunəyə çevrilib. 

İran İslam Şurası Məclisinin sədri həmçinin deyib: Nüvə anlaşmasını qəbul etməyimizin səbəbi xalqın üzərinə düşən təzyiqləri azaltmaq idi. İndi düşmənlər xalqı məyus etmək üçün təzyiqləri artırmağa çalışırlar. 

Laricani həmçinin deyib: Düşmənin məqsədi ölkənin müstəqilliyi və təhlükəsizliyini pozmaqdır. Misal üçün İranın şimal-qərbi və cənub-şərqində bütün terrorçu qrupları silahlandırıblar. Amma, Sepah-ın varlığı onlara hansısa addım atmaq icazəsi vermir. 

İran İslam Şurası Məclisinin sədri daha sonra hazırkı şəraitdə mövcud problemlərə görə xalqın müxtəlif təzyiqlərə məruz qaldığını deyərək, əlavə edib: Buna baxmayaraq, rəhbərlik mövcud imkanlardan istifadə edərək, problemləri sürətlə həll etməyə çalışırlar. 

Teqlər