Zəncanlıların möhtəşəm yəumül-Abbas toplantısı keçirilib
https://azeri.sahartv.ir/news/İran-i323166-zəncanlıların_möhtəşəm_yəumül_abbas_toplantısı_keçirilib
Əba Əbdillahil-Hüseynin(ə) minlərlə aşiqi Zəncanın böyük hüseyniyyəsində möhtəşəm Yəumül-Abbas toplantısında iştirak edərək Kərbəlanın susuz səqqasına öz sevgi və məhəbbətini nümayiş etdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 16:05 Asia/Baku
  • Zəncanlıların möhtəşəm yəumül-Abbas toplantısı keçirilib
    Zəncanlıların möhtəşəm yəumül-Abbas toplantısı keçirilib

Əba Əbdillahil-Hüseynin(ə) minlərlə aşiqi Zəncanın böyük hüseyniyyəsində möhtəşəm Yəumül-Abbas toplantısında iştirak edərək Kərbəlanın susuz səqqasına öz sevgi və məhəbbətini nümayiş etdirib.

Zəncan şəhərində Yəumül-Abbas kimi məşhur olan məhərrəm ayının 8-ci gününün mərasimləri İmam Hüseynin(ə) aşiqlərinin geniş iştirakı ilə Hüseyn vəhdətini nümayiş etdirmişdir. 

Qara geyinmiş əzadarlar vahid səslə vəfalı Abbasa matəm saxlayıblar. 

Zəncanın böyük hüseyniyyəsinin matəm dəstəsi sadəcə zəncanlılar üçün deyil İran boyu Hüseyn(ə) məktəbinin bütün davamçıları üçün görüş məkanına çevrilib. 

Zəncanın böyük hüseyniyyəsi toplantısının iştirakçıları Ya Abbas! , Ya Hüseyn! , Ya Zeynəb! fəryadları ilə növhəxanları müşayiət ediblər. 

Zəncanlıların 8 və 11 məhərrəm toplantıları İranın milli mənəvi irs siyahısında qeydə alınıb.