Sen 20, 2018 08:30 Asia/Baku
  • İnqilab Rəhbərinin hüzurunda Aşura axşamı əzadarlıq mərasimi keçirilib

İslam İnqilabının Böyük Rəhbərinin habelə, bir qrup ölkə rəsmisi və minlərlə insanın iştirakı ilə İmam Xomeyni(rə) hüseyniyəsində Hüseyn Aşurası axşamı mərasimi keçirilib.

Çərşənbə günü axşam bu mərasimdə höccətülislam vəlmüslimin Ali Kərbəla hadisəsinin əzəmətinə işarə edərək, deyib: İmam Hüseynin imanı və əminliyi o dərəcədə idi ki, o həzrət Aşura günü ən sakit insan idi və bu böyük hadisə onu bir zərrə də olsun pərişan etməmiş, iztiraba səbəb olmamışdı. 

O, daha sonra deyib: Tövhidi baxışda məğlubiyyət və ümidsizliyin mənası yoxdur. Və müqəddəs müdafiədə döyüşçülərimizin Allaha təvəkkül ilə maksimum səy göstərdikləri və mübarizə apardıqları kimi, bu gün də iqtisadi problemlərin öhdəsindən gəlmək və düşmənin məkrli planına qalib gəlməyin yolu elə bu baxış və əqidədir. 

Çərşənbə axşamı da Hüseyn(ə) Tasuası axşamı mərasimi İnqilab Rəhbərinin iştirakı ilə İmam Xomeyni(rə) hüseyniyəsində keçirilmişdi. 

Cümə axşamı 1440-ci hicri qəməri ili məhərrəm ayının 10-u Hüseyn(ə) Aşurası günüdür. 

İmam Hüseyn(ə) hicrətin 61-ci ilində məhərrəm ayının 10-unda Kərbəlada 57 yaşında şəhid edilir. 

Teqlər