The Wall Street Journal:İrandan neft alınması ƏMTP-ni qoruyur
Amerikada çıxan The Wall Street Journal qəzeti yazıb ki, avropalılar Çin, Hindistan və Türkiyə tərəfindən İrandan neft idxalatının Əhatəli Mştərək Təşəbbüs Proqramını Tramp hökumətinin sonunadək qoruyub saxlayacağına ümid edirlər.
The Wall Street Journal qəzeti bir reportajda Amerikanın ƏMTP-dən birtərəfli qaydada çıxmasına toxunaraq yazır: Avropa rəhbərləri ABŞ-ın İrana qarşı sanksiyaları ilə qarşılaşmaq yollarını və Avropa şirkətlərini bu sanksiyalar qarşısında qorumaq imkanlarını araşdırmaqdadırlar.
Bu məlumata görə, Avropa rəsmiləri belə qənaətdədirlər ki, ABŞ-ın sanksiyalarının ikinci dövrü başlandıqdan sonra İranın ƏMTP-də davam etməsi Avropadan kənar müştərilərin İrandan neft idxalatlarından asılıdır.
The Wall Street Journal bildirir: Avropalılara görə 2020-ci ildə ABŞ-da seçicilər hazırkı prossesi alt-üst edəcək bir prezident seçəcəklər.