Sen 27, 2018 09:50 Asia/Baku
  • Ruhani: İran və Yaponiya ənənəvi əlaqələrə malikdir

İran İslam Respublikası prezidenti və Yaponiyanın baş naziri dünən Nyu-Yorkda BMT baş asambleyasının illik sesiyasının kənarında ən əsas qarşılıqlı, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Bu görüşdə Həsən Ruhani və Şinzo Abe iki ölkə arasındakı səmimi və ənənəvi əlaqələri vurğulayaraq, müxtəlif siyasi və iqtisadi sahələrdə müştərək əməkdaşlıqlaırn davam etdirilməsinə təkid ediblər. 

Bu görüşdə Həsən Ruhani Yaponiyanın dünya səviyyəsindəki önəmli roluna toxunaraq deyib: Dost olan Yaponiya ilə əlaqələr İran üçün önəmlidir və İran xalqı Yaponiyaya xüsusi hörmət bəsləyir. 

İİR prezidenti deyib: İran enerji layihələri və Çabahar limanının inkişaf layihəsində yaponiyalı investorların iştirakını müsbət qarşılayır. 

Ruhani Yaponiyanın ƏMTP-ni müdafiədəki qətiyyətli mövqeyini yüksək qiymətləndirərək deyib: Amerikanın ƏMTP-dən çıxması çoxtərəfli müqaviləni, BMT TŞ-nin qətnaməsini pozmaq deməkdir və pislənilən hərəkətdir, ƏMTP məsələsi regionda sülh və təhlükəsizliklə əlaqəlidir, bundan başqa bütün ölkələr 2231 saylı qətnaməyə əsasən ƏMTP-yə dəstək verməkdə öhdəliklidirlər. 

İİR prezidenti həmçinin Asiyanın şərqində böhranın azalmasından razılıq ifadə edərək deyib: İran üçün regionda xüsusiylə Asiyanın şərqində sülh və sabitliyin gücləndirilməsi önəmlidir. 

Görüşdə Yaponiyanın baş naziri də Əhvazda baş verən terror aktı ilə əlaqədar İran xalqı və dövlətinin kədərini bölüşdüyünü bildirərək deyib: Regionda stabillik üçün İranın konstruktiv rolunun davam etməsi zəruridir və Tokyo müxtəlif sahələrdə İran ilə əməkdaşlıqlarını davam etdirəcək. 

Şinzo Abe İran və Yaponiyanın gələn il iki ölkə əlaqələrinin 90 illiyini qeyd edəcəklərini xatırladaraq deyib: İki ölkənin əlaqələri ənənəvi və dost əlaqələrdir və İranın zəngin təbii ehtiyatları və mütəxəssis qüvvələri İİR-nın mövqeyini yüksəldib və Yaponiya beynəlxalq ərsədə İranın rolunun daha da artmasını istəyir. 

Yaponiyanın baş naziri həmçinin bir daha ölkəsinin ƏMTP-ni dəstəklədiyini vurğulayıb.

Teqlər