Zərif: Avropanın mexanizmi kəsərsiz olarsa, İran nüvə anlaşmasından çıxacaq
İran İslam Respublikasının xarici işlər naziri deyib: Avropanın nüvə anlaşmasının qorunması üzrə xüsusi mexanizminin kəsərsiz olacağı halda, İran bu anlaşmadan çıxacaq.
Məhəmməd Cavad Zərif dünən gecə İran İslam Respublikasının BMT-dəki nümayəndəliyinə gəlmiş müxbirlərlə müsahibədə İranın nüvə anlaşmasına sadiq qalması barədəki söhbətində bu sözləri vurğulayıb.
Zərif əlavə edib: İran neft satışı və dolların yerinə, digər valyutalarla beynəlxalq alış-verişləri həyata keçirməklə Amerikanın ölkənin neft satışına qarşı sanksiyaları ilə mübarizə aparmaq niyyətindədir.
İran İslam Respublikasının xarici işlər naziri həmçinin "İranın nüvə anlaşmasından çıxması İrana qarşı hərbi hücum qapısını aça bilər" sualına cavabda deyib: Əgər Amerika İrana qarşı belə bir hücumda uğur qazanacağına inansaydı, bu işi görmüş olardı.
Vaşinqton Post qəzetinin yazdığına görə, ABŞ rəsmilərinin İranın Suriya, İraq, Livan və Yəmən döyüşlərində iştirak etdiyini iddia etdikləri bir halda, Zərif BMT-nin Nyu-York qərargahında səlis ingilis dilində Amerikanı regiona qarşı təcavüzkar kimi təqdim edibdir.