Okt 02, 2018 21:35 Asia/Baku
  • Qasemi: Fransa rəsmiləri İran qarşısında realist olsunlar
    Qasemi: Fransa rəsmiləri İran qarşısında realist olsunlar

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransanın üç nazirinin bir iranlı diplomatla bağlı puç ittihamlarını rədd edərək, fransız rəsmiləri realist olmağa çağırıb.

Bəhram Qasemi Fransanın üç nazirinin Parisdə bir terror qruplaşmasının təxribat əməliyyatında iştirakda ittiham edilərək, həbs olunmuş iranlı diplomata qarşı nalayiq və puç ittiham barədə olan bəyanatına reaksiyada bir daha irəli sürülən ittiham və iddiaları rədd edərək, İran İslam Respublikasının iranlı diplomatın həbs edilməsilə bağlı kəskin etirazını elan edibdir.

Qasemi həbs olunmuş iranlı diplomatın tez bir zamanda azad edilməsini vurğulayıb. O, bütün macəranı Amerikanın və sionist rejimin hədəfləri istiqamətində və Fransada yerləşən bir terroçu və anti-xalq qruplaşmasının rejissorluğu ilə həyata keçirilən və səmimi və genişlənməkdə olan İran-Avropa əlaqələrini pozmaq üzrə bir ssenari və fitnə adlandırıbdır.

Teqlər