Zərif: Amerikanlar etimad ediləsi deyillər
İranın xarici işlər naziri deyib: Amerika ƏMTP-dən çıxmaqla müzakirə üçün etimad ediləsi tərəf olmadığını sübut etdi.
İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif dünən Əl-Cəzirə telekanalına verdiyi müsahibədə deyb: İran Amerika ilə müzakirəyə müyilli deyil ona görə ki, Vaşinqton müzakirə üçün etimad ediləsi tərəf deyil.
İranın xarici işlər naziri həmçinin İran ilə Avropa arasında ƏMTP-ni mühafizə üzrə gedən müzakirələrə toxunaraq deyib: İran avropalılara Amerikanın ƏMTP-dən çıxmasının xərclərini ödəmələri üçün fürsət verib.
ABŞ prezidenti Donald Trampın hökuməti 8 mayda İrana qarşı əsassız ittihamlar səsləndirməklə Vaşinqtonun ƏMTP-dən çıxması və İrana qarşı nüvə sanksiyalarının bərpa edilməsini elan etdi.
ƏMTP-nin digər tərəfləri olan Britaniya, Fransa, Çin, Rusiya, Almaniya və Avropa Birlyi bu beynəlxalq razılaşmanı himayə etdiklərini bildirdilər və son həftələrdə ƏMTP-nın qorunub saxlanılması üçün müzakirələrə başlayıblar.
Avropa həmçinin ƏMTP çərçivəsində və Amerikanın sanksiyalarına qarşı bir dəstək paketi təqdim edəcəyini bildirib.
İİR da bildirib ki, Avropa ölkələri tərəfindən təqdim olunacaq paket İranın ƏMTP çərçivəsində hüquqlarına təzminat verməlidir.
İİR XİN başçısı Suriya böhranına da toxunub: Rəsmi Tehran Suriya böhranı üçün siyasi həll yolu ardıncadır .
İİR regionda təsirli ölkə olaraq Orta şərq böhranlarının o sıradan da Suriya böhranının siyasi yollarla həll edilməsinin tərəfdarı olmuşdur.