Zərif İstanbula səfər edib
-
Zərif İstanbula səfər edib
İran İslam Respublikası xarici işlər naziri İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin 6-cı üçtərəfli iclasında iştirak etmək üçün İstanbula səfər edib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Mövlud Çavuşoğlu və Elmar Məmmədyarov arasındakı 6-cı üçtərəfli görüş sabah, 30 dekabrda İstanbulda baş tutacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, 3 ölkənin xarici işlər nazirləri üçtərəfli İstanbul iclasında qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarını habelə, regionun mühüm məsələlərini araşdıracaqlar.
İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin 5-ci üçtərəfli iclası 2017-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilib.