İranın Xİ naziri İstanbulda azərbaycanlı və türkiyəli həmkarları ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i326680-İranın_xİ_naziri_İstanbulda_azərbaycanlı_və_türkiyəli_həmkarları_ilə_görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşüb, danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2018 10:29 Asia/Baku
  • İranın Xİ naziri İstanbulda azərbaycanlı və türkiyəli həmkarları ilə görüşüb
    İranın Xİ naziri İstanbulda azərbaycanlı və türkiyəli həmkarları ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşüb, danışıqlar aparıb.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Elmar Məmmədyarov arasında baş tutan görüşdə ikitərəfli əlaqələr, regional məsələlər və İslam Dünyasının məsələləri haqda fikir mübadiləsi aparılıb.

Məhəmməd Cavad Zərif həmçinin, Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə üçtərəfli iclasdan öncə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşüb. Görüşdə iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib.

Zərif bazar ertəsi günü İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli iclasında iştirak etmək məqsədilə İstanbula səfər edib.

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli iclasında üçtərəfli əlaqələr habelə, siyasi və iqtisadi əməkdaşlıqlar haqda fikir mübadiləsi aparılacaq.

Regionun hazırkı durumu və İslam Dünyasının önəmli məsələləri də müzakirə mövzularındandır.