Noy 02, 2018 14:38 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Amerikanın zorakılığı dövrü başa çatıb

Tehranın cümə namazı xitabətçisi Amerikanın anti-İran hərəkətlərinə işarə edərək vurğulayıb: Amerikanın məsul şəxsləri, o cümlədən bu ölkənin prezidenti bilsinlər ki, zorakılıq dövrü başa çatıb və Amerika günü-gündən daha mənfur və daha təcrid edilmiş olur.

Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində sonra bildirib ki, regiondakı bir neçə rejimdən savayı, heç bir ölkə Amerikanın siyasətlərini himayə etmir.

O, əlavə edib: Amerikanın əsas müttəfiqlərindən olan avropalılar hazırda nəinki Amerikanın siyasətlərinin ardınca getmirlər, əksinə bir mexanizm yaradaraq, Vaşinqtonun hərəkətləri ilə mübarizə aparırlar.

Ayətullah Movəhhedi Kermani bildirib ki, Amerika, sionist rejim və ali-səud rejimi başçılarının taleyi məhv olmaqdır. O, deyib: Səud rejiminin tənqidçisi olan jurnalist Camal Qaşıqçının qətlində səudların cinayətlərinin üzə çıxması bu rejimin əsl simasını hamıya aşkar etdi.

Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinə toxunan Tehranın cümə namazı xitabətçisi deyib: Ərəbistan tərəfindən milyonlarla yəmənlinin ölüdürülməsi və mühasirə olunması Amerikanın himayəsilə həyata keçir.

Ayətullah Movəhhedi Kermani daha sonra Nigeriyada hərbi qüvvələrin İmam Hüseyn(ə) əzadarlarına qarşı hücumuna və onlarla nəfərin şəhid olması və yaralanmasına işarə edib və deyib ki, tərəflər dinc yolla anlaşmaya çatmalıdırlar.

Tehranın cümə namazı xitabətçisi həmçinin dünyanın müxtəlif məntəqələrindən gəlmiş milyonlarla zəvvarın İraqda İmam Hüseyn(ə) Ərbəini mərasimində iştirak etdiyini və bunun mühüm bir mesaja malik olduğunu bildirib. O, vurğulayıb: Zalım və kafirlərlə mübarizə, İmam Hüseyn(ə) Ərbəini mərasimi iştirakçılarının dünya xalqlarına olan ən mühüm müraciəti idi.

Teqlər