Amerikada iranlıların milli şurası Vaşinqtonun anti-İran siyasətinə etiraz edib
Noy 03, 2018 20:22 Asia/Baku
Amerikada iranlıların milli şurası Amerikanın Dövlət Departamenti və Xəzinədarlıq Nazirliyinə məktub ünvanlayaraq onları İrana qarşı "maksumum təzyiq" kampaniyasını kənara qoymağa çağırıb.
İRİB-in verdiyi məlumata görə, Amerikada iranlıların milli şurası ABŞ dövlət katibi Mayk Pompeo və xəzinədarlıq naziri Stiven Mnuçinə məktubunda bildirib: Amerikanın İrana "Maksumum təzyiq" kampaniyası çərçivəsində ikinci iqtisadi sanksiyalar tətbiq etməsi iranlı-amerikalı cəmiyyət arasında və bütün dünyada dərin nigarançılıqlara səbəb olub.