Cahangiri: İran xalqı ABŞ-ın unilateralizmi qarşısında müqavimət göstərəcək
Noy 03, 2018 20:50 Asia/Baku
İran İslam Respublikası prezidentinin birinci müavini deyib: İran xalqı Amerikanın unilateralizmi qarşısında müqavimət göstərəcəyini nümayiş etdirdi.
İRNA-nın verdiyi məlumata görə, İİR birinci vitse prezidenti bu gün deyib: Bu gün Amerika öz siyasətlərini icra etməkdə tək qalıb İran isə siyasi cəhətdən daha yaxşı mövqedədir əxlaqi cəhətdən isə dünyaya etimadolunası ölkə olduğunu göstərdi və məlum oldu ki, Amerika isə etimadediləsi deyil və onunla razılaşmaq olmur.
İran prezidentinin birinci müavini deyib: ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmaqda İrana qarşı psixoloji və mediya müharibəsi aparmaq məqsədi güdürdü amma xalq qısa müddətdə bu psixoloji atmosferdə Amerika, sionist rejim və səudiyyənin rolunu başa düşdü.