İran məktəblərində dünyanın zalım qüvvələri ilə mübarizə zəngi çalınıb
https://azeri.sahartv.ir/news/İran-i326956-İran_məktəblərində_dünyanın_zalım_qüvvələri_ilə_mübarizə_zəngi_çalınıb
Dünyanın zalım qüvvələri ilə mübarizə zəngi bu gün səhər, 13 aban, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü" ilə bir vaxtda, bütün İran məktəblərində çalınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2018 09:10 Asia/Baku
  • İran məktəblərində dünyanın zalım qüvvələri ilə mübarizə zəngi çalınıb
    İran məktəblərində dünyanın zalım qüvvələri ilə mübarizə zəngi çalınıb

Dünyanın zalım qüvvələri ilə mübarizə zəngi bu gün səhər, 13 aban, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü" ilə bir vaxtda, bütün İran məktəblərində çalınıb.

İranlı məktəblilər bu simvolik mərasimdə anti-imperialist şüarlarla 13 aban gününü qeyd ediblər.

Həmçinin bu gün İranın hər yerində "dünya imperializmi ilə milli mübarizə günü" ilə bağlı əzəmətli mərasimlər keçiriləcək.

Bu gün, abanın 13-ü, noyabrın 4-ü, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü"dür.

39 il bundan öncə belə bir gündə İran tələbələri Amerikanın İran İslam İnqilabına qarşı çoxlu sayda fitnələrinə etiraz olaraq, ABŞ-ın Tehrandakı casusluq yuvası olan səfirliyini ələ keçirdilər.