Noy 04, 2018 13:51 Asia/Baku
  • 13 aban yürüşünün yekun qətnaməsi
    13 aban yürüşünün yekun qətnaməsi

"Dünya imperializmi ilə milli mübarizə günü" yürüşünün iştirakçıları bildiriblər ki, İran xalqı Amerikanın zalımcasına sanksiyalarını uğursuz qoyaraq, bu tarixi mərhələdən müvəffəqiyyətlə keçib gedəcəkdir.

"Dünya imperializmi ilə milli mübarizə günü"- 13 aban yürüşünün yekun qətnaməsində deyilir: Dünyanın zalım qüvvələri ilə mübarizə İslam İnqilabının ən mühüm göstəricilərindəndir. Buna görə, İran xalqı özünün dini və inqilabi vəzifəsinə əməl edərək, bu mübarizəni hegemonçuluq sisteminin, xüsusən hegemonçu və müstəmləkəçi Amerika hökumətinin tam şəkildə məhv edilməsinədək davam etdirəcək.

Bu qətnamədə sonra deyilir: İran xalqı Amerikanın və sionist rejimin zülmü altında inləyən xalqlara dəstəyini və hegemonçuluq sisteminin zalım xisləti qarşısındakı müqavimətini davam etdirəcəkdir.

13 aban yürüşünin iştirakçıları həmçinin Amerikanın nüvə anlaşmasından çıxmasına işarə edərək, belə vurğulayıblar: Amerikanın əhdi pozaraq, nüvə anlaşmasından çıxması və bu ölkə hökmranlarının İran əleyhinə düşmənçilik siyasətlərinin şiddətlənməsi bir daha sübut etdi ki, Amerika İranın bir nömrəli düşmənidir.

Bu gün, abanın 13-ü, noyabrın 4-ü, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü"dür.

"Dünya imperializmi ilə milli mübarizə günü"- 13 aban yürüşü Tehranda və İranın digər şəhərlərində əhalinin, tələbələrin və məsul şəxslərin geniş iştirakı ilə keçirilibdir.

Teqlər