Noy 05, 2018 13:57 Asia/Baku
  • Ruhani: ABŞ-ın İrana qarşı sanksiyalarını birlik və xalqın dəstəyi ilə məğlub edəcəyik
    Ruhani: ABŞ-ın İrana qarşı sanksiyalarını birlik və xalqın dəstəyi ilə məğlub edəcəyik

İran İslam Respublikası prezidenti deyib: İran ABŞ-ın sanksiyalarını qürurla məğlub edəcək.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün bazar ertəsi İqtisadiyyat və Maliyyə Nazirliyinin müdirləri və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda ABŞ-a İran xalqı ilə güc, təhdid və sanksiya dili ilə danışa bilməyəcəyini başa salmağın lazım gəldiyini deyərək, əlavə edib: Amerikalılar birdəfəlik olaraq tənbeh olunmalıdırlar. Və bilməlidirlər ki, quldurluq ilə İran xalqının qarşısında dayana bilməzlər. 

İran prezidenti əlavə edib: Amerikalıların gördüyü iş digər ölkələrə, xalqlara və şirkətlərə təzyiq göstərməkdir. Onlar bilməlidirlər ki, ABŞ-ın siyasətlərindən əsəbi olan sadəcə İran deyil. Avropa ölkələri və şirkətləri də ABŞ-ın siyasətlərindən əsəbidirlər. 

Həsən Ruhani əlavə edib: ABŞ tarixi Ağ Evdə bu qədər qanunsuzluğun şahidi olmayıb. 

İran prezidenti həmçinin deyib: Nyu-Yorkda olduğum günlərdə 4 böyük ölkənin başçıları ABŞ prezidenti Donald Tramp ilə İran prezidenti arasında görüşün baş tutması üçün vasitəçilik etməyə çalışdılar. İran müzakirə ilə bağlı hansısa problemə malik deyil. Sadəcə qarşı tərəf öz öhdəliklərinə sadiq olmalıdı. 

Həsən Ruhani amerikalıların hazırda həmişə olduğundan daha artıq təcriddə olduğunu deyərək, əlavə edib: BU gün əgər Amerika öz öhdəliklərinə əməl etməzsə, Avropa Birliyi onun qarşısında dayanacaq. 

İran prezidenti həmçinni deyib: Nüvə anlaşmasında bütün ölkələr İran ilə razılığa çatmışdı. BU gün də bütün dünya ölkələri ABŞ-ın qarşısında və İranın kənarında yer alıb. İran öz neftini ixrac edəcək və ABŞ-ın sanksiyalarına əhəmiyyət verməyəcək. 

ABŞ-ın İrana qarşı sanksiyaları bank əməliyyatları, maliyyə mübadilələri və neft satışını əhatə edir və bu gündən etibarən qüvvəyə minir. 

Teqlər