Ruhani: İran xalqı ABŞ-ın bütün fitnələrini zərərsizləşdirib
İran İslam Respublikası prezidenti deyib: İran xalqı öz müqaviməti və dözümlülüyü ilə 4 noyabrı öz yanlış istəklərinin reallaşacağı gün hesab edən amerikalıların bütün planları və fitnələrini zərərsizləşdirdi.
İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Tehranda üçlü qüvvə başçılarının birgə iclasının sonunda deyib: "Amerikalılar İrana qarşı öz yanlış və yersiz sanksiyaları, İranın bank sistemi və neft ixracatını hədəfə alması ilə xalqın gündəlik həyatına mənfi təsir buraxmağı qarşıya məqsəd qoyublar. Amerikanın İran xalqına deyil, sadəcə hökumətə təzyiq göstərmək niyyətində olduğuna dair sözləri tamamilə yanlış və səhvdir. Amerikalılar öz rəftarları ilə bu həqiqəti ifşa ediblər."
İran prezidenti amerikalıların İranın neft ixracatını sıfıra endirməyə qadir olmadıqlarını etiraf etmələrinə işarə edərək, deyib: Amerikalılar qarşıdakı aylarda çox yanlış bir yol seçdiklərini anlayacaqlar. Çünki, bu yol İran xalqını daha artıq istehsala və qonşu və dost ölkələr ilə əlaqələri daha artıq möhkəmləndirməyə sövq etdirəcək.
İran İslam Respublikası prezidenti daha sonra amerikalıların İranın terrorizmi himayə etməsinə dair iddialarına da işarə edib və deyib: Amerikalıların İranın terrorçuları maliyyələşdirməsinə dair iddiaları ağ yalandır. İran xalqı terrorizm ilə mübarizənin ön cəbhəsində yer alan və terrorçuların maliyyələşdirilməsinə icazə verməyən bir xalq olaraq bu gün öz qanun və qaydalarına həmişə olduğundan daha artıq təkid edir. Və düşmənin bu puç bəhanəsini də onun əlindən alacaq.