Noy 10, 2018 17:06 Asia/Baku
  • Zərif: Dünya ABŞ-ın siyasətlərinin girovu ola bilməz
    Zərif: Dünya ABŞ-ın siyasətlərinin girovu ola bilməz

İran İslam Respublikasının xarici işlər naziri deyib: Dünya ABŞ-ın hazırkı hökumətinin siyasətlərinin əsiri və girovu ola bilməz.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü bir radio-müsahibədə ABŞ-ın iqtisadi gücünün kifayət qədər böyük bir güc olduğuna işarə edərək, deyib: ABŞ-ın hazırkı hökumətinin rəftarları beynəlxalq əlaqələr prinsiplərinə ziddir. 

Zərif əlavə edib: ABŞ YUNESKO, Paris iqlim anlaşması, NAFTA və Trans Pasifik habelə, nüvə anlaşmasından çıxıb. Bu, ABŞ hökumətinin quldur bir hökumət olduğuna və zorakılıq məntiqi ilə hərəkət etdiyinə dəlalət edir. 

İranın xarici işlər naziri həmçinin deyib: Nüvə anlaşması ABŞ-ın bir neçə dekada boyunca İranın dünya sülhü və təhlükəsizliyi üçün təhdid qələmə verilməsi üzrə bütün səylərini fiaskoya uğratdı. Nüvə anlaşması Təhlükəsizlik Şurasının İranla bağlı "7-ci fəsl"ə dayanan qətnamələrini ləğv etdi və İran İslam Respublikasına qarşı formalaşmış ortaq baxışı pozdu. Ümumiyyətlə ABŞ və İsrail rejiminin İran barəsində yaratdıqları "təhlükəsizlik təhdidi" təsəvvürünü məhv etdi. 

Teqlər