General Səfəvi: Amerika sonda məğlubiyyətlə regionu tərk edəcək
https://azeri.sahartv.ir/news/İran-i327689-general_səfəvi_amerika_sonda_məğlubiyyətlə_regionu_tərk_edəcək
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: Amerika İslam Ümmətinin müqaviməti ilə sonda regionda məğlubiyyətə uğrayaraq, Fars Körfəzindən, Suriyadan və Qərbi Asiyadakı digər ölkələrdən qaçmağa məcbur olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2018 15:37 Asia/Baku
  • General Səfəvi: Amerika sonda məğlubiyyətlə regionu tərk edəcək
    General Səfəvi: Amerika sonda məğlubiyyətlə regionu tərk edəcək

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: Amerika İslam Ümmətinin müqaviməti ilə sonda regionda məğlubiyyətə uğrayaraq, Fars Körfəzindən, Suriyadan və Qərbi Asiyadakı digər ölkələrdən qaçmağa məcbur olacaqdır.

General-mayor pasdar Seyid Yəhya Rəhim Səfəvi bu gün Qəzvinin üç min şəhidi ilə bağlı keçirilən milli konfransda Amerikanın və Qərbin bölgədəki iştiraklarını bəzi ərəb ölkələrinin region xalqlaırına, xüsusən Fələstin xalqına qarşı xəyanəti adlandırıb. Vurğulayıb ki, Qərbin və Amerikanın himayədarları sonda məğlubiyyətə uğrayacaqlar.

General-mayor Səfəri vurğulayıb ki, Amerikanın İrana qarşı son sanksiyaları sionist rejim başçılarının göstərişləri ilə həyata keçirilibdir. O, vurğulayıb: İslamın düşmənləri bilməlidirlər ki, ilahi vədə əsasən, onlar məğlubiyyətə məhkumdurlar.