Noy 15, 2018 16:53 Asia/Baku
  • İran ordusunun baş komandanı: Amerikanın Asiyanın qərbinə hökmranlığı dövrü başa çatıbdır

İran İslam Respublikası Ordusunun baş komandanı deyib: Bu gün Amerikanın Asiyanın qərbinə hökmranlığı və hegemonçuluğu dövrü başa çatıb və İranın öncüllüyü ilə İslamın hakimiyyəti dövrü başlanıbdır.

İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Seyid Əbdorrəhim Musəvi əlavə edib: Qərbi Asiya bölgəsi cinayətkar Amerikanın böyük məğlubiyyətlərindən ibarət böyük bir sərgiyə çevrilibdir.

General-mayor Musəvi deyib: Son onilliklərdə İran və müqavimət regionda hərbi, siyasi, mədəni, təfəkkür və təhlükəsizlik sahələrində müxtəlif təhdidlərlə üzləşibdir. İŞİD-in Suriya və İraqdakı fitnələri, həmçinin Amerika və ali-səud-un Yəməndəki müştərək cinayətləri, eləcə də xaricdə İranofobiya məsələsi və İran xalqına qarşı ən geniş sanksiyaların tətbiq edilməsinə rəğmən, İran tərəqqi və yüksəliş yolunda daha sürətlə irəliləyir və bu gün regionda təyinedici bir yerdə dayanıbdır.

İran İslam Respublikası Ordusunun baş komandanı əlavə edib: Sionist rejimin 33 günlük, 22 günlük, 8 günlük və 50 günlük savaşlardakı məğlubiyyətləri, həmçinin son uğursuzluğu və üstəlik, İraq və Suriyada terror qruplarının hakimiyyətlərinin dağılması, Yəməndə və onlarla digər nöqtədə müqavimətin davam etməsi müqavimətin geniş şəkildə güclənməsindən və İran düşmənlərinin çaş-baş qalmalarından xəbər verir. 

Teqlər