Noy 16, 2018 19:39 Asia/Baku
  • İraqçı: Amerikanın anti-İran sanksiyaları Avropanın hakimiyyəti və etibarına ziddir

İran xarici işlər nazirinin siyasi müavini deyib: Amerikanın sanksiyaları İran iqtisadiyyatını hədəfə almazdan öncə Avropanın hakmiyyəti, təhlükəsizliyi və etibarına ziddir.

İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçı bu gün Madriddə mühüm ispan mediaların müdirlərinin mətbuat konfransında bildirib ki, İranın ABŞ tərəfindən sanksiya edilməsi qanunsuz bir məsələ və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir. O, ümidvarlıq edib ki, Avropa mövcud vəziyyəti idarə edə biləcək.

Amerikanın nüvə anlaşmasından çıxmasına toxunan İraqçı əlavə edib ki, MAQATE-nin İranın nüvə anlaşmasına sadiq qaldığını on üç dəfə təsdiq etməsinə rəğmən, Amerikanın bir dəlil və məntiq olmadan nüvə anlaşmasından çıxması səbəb olub ki, gələcəkdə heç bir ölkə BMT Təhlükəsizlik Şurasının mexanizmlərinə, diplomatiyaya və müzakirəyə etimad etməsin.

İran və İspaniya xarici işlər naziləri müavinlərinin siyasi-məşvərət dialoqlarının ikinci dövründə iştirak etmək üçün Madridə səfət etmiş İran xarici işlər nazirinin siyasi müavini həmçinin iki ölkə əlaqələrinə toxunaraq, deyib: Nüvə anlaşmasından sonra Tehran-Madrid əlaqələri yeni mərhələyə daxil olub və üç mindən çox ispan şirkət İranla həmkarlıq üçün meydana giribdir.

İran və İspaniya xarici işlər naziləri müavinlərinin siyasi-məşvərət dialoqlarının ikinci dövrü bu gün Madriddə keçiriləcək.

Teqlər