Noy 18, 2018 21:37 Asia/Baku
  • İranın Təhlükəsizlik Nazirliyi neft-kimya məhsullarına qarşı təxribatçı şəbəkənin dağıdılmasından xəbər verib
    İranın Təhlükəsizlik Nazirliyi neft-kimya məhsullarına qarşı təxribatçı şəbəkənin dağıdılmasından xəbər verib

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bu gün bir məlumatda neft-kimya məhsullarına qarşı böyük təxribatçı şəbəkələrdən birinin dağıdılmasından xəbər verib.

Bu qanunsuz şəbəkə ölkə boyu, xüsusən Tehran, Xorasane Rəzəvi, Gilan, Qom, Mazandaran, Qolestan Kohkiloye və Boyr-Əhməd və Qəzvin vilayətləri boyunca fəaliyyət göstərirmiş və bazarda saxta tələb yaratmaq niyyətində imiş.

Bu məlumata görə, bu şəbəkənin maliyyə pozuntularının həcmi təqribən 500 milyard tümən hesablanıbdır və İranın təhlükəsizlik qüvvələrinin ardıcıl səyləri nəticəsində on min ton neft-kimya məhsulunun aşkar edilməsindən əlavə, bu şəbəkənin əsas amillərindən on dörd nəfər həbs olunaraq, məhkəmə aparatına təqdim olunubdur.

Teqlər