Noy 20, 2018 15:41 Asia/Baku
  • İİR müdafiə naziri: İran sürətlə sanksiya şəraitindən keçib gedəcək
    İİR müdafiə naziri: İran sürətlə sanksiya şəraitindən keçib gedəcək

İranın müdafiə naziri İran İslam Respublikasının hazırkı şəraitini sanksiyalardan öncəki şərait ilə müqayisədə daha yaxşı adlandırıb. Bildirib ki, İran xalqı sanksiya şəraitindən sürət və asanlıqla keçib gedəcəkdir.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün Tehranda daha sonra deyib: Amerikalılar koalisiya yaratmaq və dünya ölkələrini İrana qarşı yolda özləri ilə yanaşı etmək istəyirdilər, amma heç kəs onları müşayiət etmədi.

İranın müdafiə naziri bildirib ki, amerikalılar dünyada təcriddədirlər. O, deyib: Dünya xalqları gördülər ki, İranı Təhlükəsizlik Şurasında pisləmək niyyətində olan Amerika prezidenti Donald Tramp necə BMT Baş Assambleyasının yığıncağında etiraz və istehza ilə qarşılandı.

General Hatəmi həmçinin vurğulayıb: Hazırda İran İslam Respublikası yerli qabiliyyətlərə və daxili alim və istedadların biliyinə söykənir.

Teqlər