Tehran bazarının işçiləri Yəmənin məzlum xalqına dəstək veriblər
https://azeri.sahartv.ir/news/İran-i328378-tehran_bazarının_işçiləri_yəmənin_məzlum_xalqına_dəstək_veriblər
İranın iqtisadi fəalları, Tehranın mərkəzi bazarı və peşə mərkəzlərinin işçilərindən bir qrupu Yəmənin məzlum xalqına dəstək istiqamətində BMT-nin Tehrandakı ofisi qarşısında piket keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 14:41 Asia/Baku
  • Tehran bazarının işçiləri Yəmənin məzlum xalqına dəstək veriblər
    Tehran bazarının işçiləri Yəmənin məzlum xalqına dəstək veriblər

İranın iqtisadi fəalları, Tehranın mərkəzi bazarı və peşə mərkəzlərinin işçilərindən bir qrupu Yəmənin məzlum xalqına dəstək istiqamətində BMT-nin Tehrandakı ofisi qarşısında piket keçirib.

Aksiya iştirakçıları Yəmənin zülm çəkmiş xalqının, uşaq və qadınlarının vəhşicəsinə qırğın edilmələrini pisləyərək, beynəlxalq orqanların tez bir zamanda bu ölkənin vəziyyətinə baxmalarına və səud rejiminin bəşəriyyətə zidd hərəkətləri ilə mübarizəsinə təkid ediblər.

Aksiya iştirakçıları fars və ingilis dillərində BMT-ə ünvanlanmış bəyanat qiraət edərək, insan haqları orqanlarının bütün imkanlarından Yəməndə insanlara dəstək və insan haqları pozucuları ilə ciddi rəftar istiqamətində istifadəyə təkid ediblər.

İranın din alim və tələbələri, həmçinin dini elmlər mərkəzlərinin müəllimləri də bazar günü Yəmənin məzlum xalqına dəstək istiqamətində aksiya keçirərək, bu faciənin amillərinə qarşı öz hiddətlərini ifadə ediblər.