İranın oğurlanmış 5 sərhədçisi azad edilərək, vətənə geri dönüb
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Quru Qoşunlarının ictimai əlaqələr şöbəsi İranın cənub-şərqində yerləşən Mircavə məntəqəsində "Ceyşulzulm" terror qruplaşması tərəfindən oğurlanmış beş iranlı sərhədçinin İrana geri dönməsindən xəbər verib.
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Quru Qoşunlarının ictimai əlaqələr şöbəsi bu gün bir məlumatda bildirib: Mircavə məntəqəsində "Ceyşulzulm" terror qruplaşması tərəfindən oğurlanmış beş iranlı sərhədçi və bəsic qüvvəsinin azad edilməsi istiqamətində pakistanlı tərəflə məşvərət və anlaşma və göstərilmiş səylərdən sonra onlardan beş nəfər azad edilib və çərşənbə günü gecə İslami İrana geri dönübdür.
Bu məlumatda oğurlanmış digər sərhədçilərin azad edilmələri və İrana geri dönmələri üçün səy və məşvərətlərin davam etdirilməsinə təkid olunubdur.
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı general-mayor pasdar Mohəmməd Əli Cəfəri bundan öncə demişdi ki, oğurlanmış iranlı sərhədçilərdən beş nəfəri azad edilib və Pakistan dövlətinin ixtiyarındadır.
Cari ilin 15 oktyabrında İranın cənub-şərqində yerləşən Mircavə məntəqəsindəki sıfır nöqtəsində on iki iranlı sərhədçi terrorçu və əks-inqilabçı qruplaşmalar tərəfindən oğurlnaraq, Pakistan ərazisinin daxilinə aparıldı.