Ruhani: İran bütün müsəlmanlara dostluq əli uzadır
İran İslam Respublikasının prezidenti deyib: İran bütün müsəlmanlara qardaşlıq və dostluq əli uzadır.
Həsən Ruhani bu gün İslam İnqilabının Böyük Rəhbərinin 32-ci Beynəlxalq İslami Vəhdət Konfransında iştirak edən qonaqlarla görüşdəki çıxışından öncə əlavə edib: Düşmənlər İran İslam İnqilabından öncəki illərdə olduğu kimi əməl etməsini və region məzlumlarını himayə etməməsini istəyirlər, amma İran İslam Respublikası Böyük İslam Peyğəmbəri(s.ə.s)-in yolunu gedərək, qüdrətlərin təkfir və sanksiyalarından qorxmur.
Ruhani İranın qonşularını öz qonşuları və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini qeyd edib. O, imperialistlərin sanksiya yolu ilə İranın böyük xalqına təzyiq göstərməsi, həmçinin təkfirçi muzdurlar vasitəsilə regionu təhlükəli etmək üzrə cəhdlərini uğursuz sayıb və bildirib ki, regiondakı kələkbaz irqçilər hər gün Fələstin xalqını qətli-am, Yəmən xalqını da bombardman edirlər.
İran İslam Respublikasının prezidenti həmçinin xristian, yəhudi və müsəlman ekstremistlərin həmkarlığına toxunaraq, deyib: Bu gün bir qrup şəxs təkfir şüarı ilə cəmiyyəti və bölgəni təhlükəli və İslam və Quranın adı ilə sivilizasiya abidələri, həmçinin insanların canı, təhlükəsizliyi və namusunu məhv edibdir.