İran baytarlığı regionda ən güclü proflaktikaya malikdir
İranın baytarlıq təşkilatının diaqnoz və müalicə üzrə sədr müavini deyib ki, bu təşkilat Yaxın Şərqdə xəstəliklər qarşısında mal-heyvan və quşların ən güclü proflaktikasına malikdir.
Mal-heyvanların profilaktikası müxtəlif heyvan xəstəliklərindən qorunmaq üzrə bir layihədir.
İranın baytarlıq təşkilatının diaqnoz və müalicə üzrə sədr müavini Qasem Rezaiyanzade əlavə edib: İranın qərbi və şərqində yerləşən ölkələrin müxtəlif mal-heyvan və quş xəstəliklərilə üzləşdikləri bir halda, İranın baytarlıq təşkilatı öz geniş fəaliyyəti ilə mal-heyvan və quşların sağlamlıq durumunu izləyir.
Rezaiyanzade vurğulayıb: İran İslam Respublikasının baytarlıq təşkilatı dünyanın modern və elmi metodlarına uyğun və ahəngdar proqramlar icra edərək, mal-heyvan xəstəliklərinin qarşısını alıbdır.