İranın Prezident Administrasiyasının rəhbəri Türkiyəyə səfər edib
https://azeri.sahartv.ir/news/İran-i330131-İranın_prezident_administrasiyasının_rəhbəri_türkiyəyə_səfər_edib
İran İslam Respublikası Prezident Administrasiyasının sədri Türkiyə rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Ankaraya səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2018 14:46 Asia/Baku
  • İranın Prezident Administrasiyasının rəhbəri Türkiyəyə səfər edib

İran İslam Respublikası Prezident Administrasiyasının sədri Türkiyə rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Ankaraya səfər edib.

İRNA-nın məlumatına görə, İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Türkiyəyə olan səfəri zamanı İran prezidenti Həsən Ruhaninin iki ölkə prezidentlərinin 5-ci birgə iclasında iştirak üçün Ankaraya olacaq səfərinə hazırlıq işlərini həyata keçirəcək. 

Bu gün Türkiyəyə olan səfəri zamanı Vaizini müxtəlif nazirliklərin məsul şəxsləri müşayiət edirlər. 

İran və Türkiyə rəsmiləri iki ölkənin ticarət əlaqələri üçün 30 milyard dollarlıq bir hədəf təyin ediblər. 

Qaz, neft-kimya məhsulları və neft məhsulları İranın Türkiyəyə ixracatının əsasını təşkil edir.