Bağdad və Nəcəfdə Ayətullah Haşemi-Şahrudinin anım mərasimləri keçirilib
İraqın Bağdad və Nəcəf şəhərlərində İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah Seyyed Mahmud Haşemi-Şahrudinin anım mərasimləri keçirilib.
Dünən axşamçağı Bağdadda keçirilən mərasimdə İraqın keçmiş baş naziri Nuri Maliki, bu ölkənin sünni əhlinin müftisi Şeyx Mehdi əl-Səmidi, İraq din alimləri cəmiyyətinin sədri Şeyx Xalid əl-Mula və bu ölkənin hazırkı və keçmiş nazirləri, parlament üzvləri və onlarla birinci dərəcəli siyasi şəxsiyyəti iştirak edib.
Nəcəfi-Əşrəf şəhərində də Ayətullah Seyyed Mahmud Haşemi-Şahrudinin anım mərasimində tanınmış bəhreynli ruhani Şeyx İsa Qasim, həmçinin Ayətullahuluzma Seyid Əli Sistani, Ayətullahuluzma Seyid Səid Həkim və Ayətullahuluzma Şeyx Bəşir Nəcəfinin beytlərinin üzvləri, Nəcəf dini elmlər mərkəzinin yüksək səviyyəli müəllimlərindən bir qrupu, Nəcəf valisi əl-Yasiri və İraq "Əsaibi Əhləlhəqq" hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli iştirak ediblər.
İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının mərhum sədri və İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin keçmiş sədri Ayətullah Seyyed Mahmud Haşemi-Şahrudi uzun sürən xəstəlikdən sonra bazar ertəsi günü axşam yetmiş yaşında vəfat edibdir.
Ayətullah Seyyed Mahmud Haşemi-Şahrudinin cənazəsi çərşənbə günü axşam Qom şəhərində, Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahında dəfn olunub.