Ruhani: Amerikanlar region xalqları arasında görünməyə cürət etmirlər
https://azeri.sahartv.ir/news/İran-i331699-ruhani_amerikanlar_region_xalqları_arasında_görünməyə_cürət_etmirlər
İran İslam Respublikası prezidenti ABŞ prezidenti donald Trampın İraqa gizli səfərinə toxunaraq deyib: Amerikanlar İraq, Suriya, Livan və Yəmən xalqları arasında görünməyə cürət etmirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2019 18:00 Asia/Baku
  • Ruhani: Amerikanlar region xalqları arasında görünməyə cürət etmirlər
    Ruhani: Amerikanlar region xalqları arasında görünməyə cürət etmirlər

İran İslam Respublikası prezidenti ABŞ prezidenti donald Trampın İraqa gizli səfərinə toxunaraq deyib: Amerikanlar İraq, Suriya, Livan və Yəmən xalqları arasında görünməyə cürət etmirlər.

İİR prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında amerikanların 2003-cü ildən bəri İraq və Əfqanıstan xalqlarının xilasedicisi olduqlarını iddia etdiklərini bildirərək deyib: Amerika İraqı xilas edibdirsə bəs nəyə görə, Tramp bu ölkəyə rəsmi və açıq-aşkar səfər etmədi?

Ruhani deyib: Trampın İraqa gecə çağında gizlicə səfəri və bu ölkəni dərhal da tərk etməsi Amerikanın regiondakı məğlubiyyətini göstərir. 

İİR prezidenti ümidvar olduğunu bildirib ki, Ağ ev rəsmiləri 2019-cu ildə öz məğlubiyyətlərindən ibrət alacaq və region xalqları xüsusiylə də Fələstin xalqının işlərinə qarışmayacaqlar. 

Ruhani həmçinin Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq deyib: İranın iqtisadi fəaliyyəti düşmənlərin təzyiqlərinə rəğmən müsbət və ümidvericidir. 

İİR prezidenti deyib: Amerikanlar İran nefti və neft məmulatlarının ixracatına mane olmaq sahəsindəki məqsədlərinə heç cür çatmayacaqlar. 

Ruhani İranın müdafiə potensialının düşmənlərin təhdidlərinə qarşı artmasını zəruri hesab edib.