Zərif: Müasir dünyada supergüclük təsəvvürü öz mənasını itirib
İranın xarici işlər naziri deyib: Müasir dünyada supergüclük təsəvvürü öz mənasını itirib, zira qüdrətə çatmaq vasitəsi daha inhisarda deyildir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Məşhəd şəhərində Suriya və Yaxın Şərq olaylarına toxunaraq, əlavə edib: İran, Türkiyə və Rusiya tərəfindən Suryada atəşkəsin bərqərarı üzrə Astana iclasının təşkilindən iki ilin keçməsindən sonra bu razılaşma Suriyada gərginliyin azalmasına səbəb olubdur.
İranın xarici işlər naziri bildirib ki, təcavüzkarın məğlub edilməsi üçün müqavimət zəruri və qaçılmazdır. O, deyib: Sionist rejim Livana və Qəzzəyə təcavüz və ya İraqın məhv edilmiş diktatoru Səddamın rejimi İrana hücum edərkən məhz xalqın müqaviməti təcavüzkarın çıxarılmasına səbəb olubdur.
Zərif İran İslam Respublikasının qüdrətinin əsasını xalq adlandırıb və belə deyib: İran İslam Respublikasının ən böyük iftixarı budur ki, heç bir ölkə İrana kömək və dəstək iddiasında ola bilməz.
İranın diplomatiya idarəsinin başçısı əlavə edib: İran İslam Respublikasının istiqlaliyyəti, təhlükəsizliyi, sənaye inkişafı, iqtisadiyyatı, etibarı və legitimliyi-bunların hamısı daxilidən doğur, zira düşmənlər ötən 40 ildə İrana zərbə vura bilmədilər.