Yan 10, 2019 14:31 Asia/Baku
  • Ruhani: Raketlərimiz ilə fəxr edirik

İran İslam Respublikası prezidenti deyib: Raket bu gün İranın müdafiə vasitəsidir və İran xalqı onunla fəxr edir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı Quruluşun Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfatının ikinci ildönümü münasibətilə Tehranda keçirilən anım mərasimində deyib: Qarşıdan gələn həftələrdə İran istehsalı olan raketlər ilə kosmosa iki yeni peyk göndəriləcək.

İran prezidenti əlavə edib: İran xalqı nüvə anlaşması ilə böyük bir iş görmüş olub. Bu anlaşma bir gündə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı 6 qətnaməsini ləğv edib.

Ruhani işğalçılıq məqsədi ilə İrana qəbul etdirilən müharibənin sadəcə hərbi müstəvidə olmadığını söyləyərək. əlavə edib: İslam İnqilabı ilə düşmən olanların İrana qarşı müharibədə başlıca məqsədləri bu inqilabın qloballaşmasını önləmək idi.

Həsən Ruhani bu gün İranın malik olduğu müdafiə qüdrəti və texnologiyasına işarə edərək, deyib: Düşmən elə bu potensialdan İrana qarşı siyasi və iqtisadi təzyiqlərin edilməsi üçün sui-istifadə etməyə çalışır. Amma, heç şübhəsiz vəhdət, birlik və səbr ilə İslam İnqilabının yolunu qorumaq və davam etdirmək mümkündür.

İran prezidenti həmçinin, Haşimi Rəfsəncaninin arzusunu İslam Quruluşunun başucalığı və çiçəklənən İran olduğunu deyərək, İran xalqının bu hədəfə doğru hərəkət etdiyini bildirib və əlavə edib: Haşimi Rəfsəncaninin adı İranın izzəti ilə ayrılmaz bağa malikdir.

Ayətullah Haşimi Rəfsəncani 8 yanvar 2017-ci il tarixinidə Tehranda vəfat etdi.

Teqlər