Qasimi: 2231 saylı qətnamə raket proqramına qadağa qoymayıb
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransa XİN sözçüsünün İranın raket proqramı barədəki açıqlamasına münasibət bildirərkən deyib: 2231 saylı qətnamə İranı qanuni raket, müdafiə və elmi məqsədli proqramından çəkindirməyib.
İİR XİN sozçüsü Bəhram Qsimi dünən BMT TŞ-nin 2231 saylı qətnaməsindən İranın raket proqramı barədə səhv anlayış qəbul etdirmək cəhdlərini məsuliyyətsizlik adlandırıb və deyib: Fransanın nüvə sazişinin əleyhinə olanların reallıqdan uzaq olan iddialarını təkrarlamaqdan çəkinəcəyini gözləyirik.
Qasimi deyib: İranın raket proqramı müdafiə xarakterlidir, milli və qanuni proqramdır və İran xalqının təbii haqqı hesab olunur.
Fransa XİN sözçüsü Agnes von der Mull son günlərdə İranın raket proqramının BMT TŞ-nin 2231 saylı qətnaməsinə uyğun olmadığını iddia etmişdi.