Şəmxani ABŞ-ın növbəti anti-İran hərəkətinə reaksiya verib
https://azeri.sahartv.ir/news/İran-i332165-Şəmxani_abŞ_ın_növbəti_anti_İran_hərəkətinə_reaksiya_verib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Amerikanın Polşada anti-İran iclas keçirmək planına reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2019 10:33 Asia/Baku
  • Şəmxani ABŞ-ın növbəti anti-İran hərəkətinə reaksiya verib
    Şəmxani ABŞ-ın növbəti anti-İran hərəkətinə reaksiya verib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Amerikanın Polşada anti-İran iclas keçirmək planına reaksiya verib.

Amerikanın iranofobiya siyasətini qəbul etdirmək istiqamətindəki nəticəsiz cəhdlərinin davamında ABŞ-ın dövlət katibi Mayk Pompeo dünən bir açıqlamada Amerikanın 13-14 fevralda Varşavada bir anti-İran iclas keçirmək planından xəbər verib. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün deyib: İrana qarşı maksimum təzyiqlə sanksiyalar tətbiq etmək ardınca olan ölkə bu sahədəki məğlubiyyətindən sonra bu gün anti-İran iclas keçirməyi planlaşdırır. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Anti-İran iclasın keçirilməsi Amerikanın siyasətlərinin məğlubiyyətə uğramasının növbəti nişanəsidir.