Yan 15, 2019 17:56 Asia/Baku
  • Ruhani: İran sanksiyalardan qorxmur
    Ruhani: İran sanksiyalardan qorxmur

İran İslam Respublikasının prezidenti deyib ki, İran sanksiyalardan qorxmur və öz hədəflərindən geri oturmayacaqdır.

Həsən Ruhani İranın Qolestan vilayətinin idarə şurasının iclasında İranın iqtisadi müharibədə olduğunu bildirərək, əlavə edib: İqtisadi müharibədə İranın qarşı tərəfi, Amerika, sionist rejim və Fars Körfəzi ətrafındakı bir neçə ölkədir.

O, Amerikanın İranla iqtisadi müharibəyə başlamasına işarə edərək, deyib: İranın regiondakı rolunu əhəmiyyətsiz göstərmək, raket və nüvə irəliləyişləri ilə mübarizə etmək, inkişaf və tərəqqi yolunda maneə törətmək, həmçinin xalq ilə rəsmilər arasında uzaqlıq salmaq Amerikanın İranla iqtisadi müharibəyə başlamaqdakı məqsədlərindəndir, amma İran İslam Respublikası uğurla bu müharibəni arxada qoyacaqdır.

İran İslam Respublikasının prezidenti həmçinin vurğulayıb ki, Tehran heç vaxt beynəlxalq hüquqlara təcavüz etməyibdir. O, deyib: Nüvə anlaşmasından çıxmış Amerikanın əksinə olaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hələ də bildirir ki, İran öz öhdəliklərinə tamamilə sadiqdir.

Teqlər