Yan 16, 2019 21:42 Asia/Baku
  • Zərif: İraqın bərpasında başqalarına ümid etmək olmaz
    Zərif: İraqın bərpasında başqalarına ümid etmək olmaz

İran İslam Respublikasının xarici işlər naziri deyib: İŞİD ilə mübarizə təcrübəsində olduğu kimi İraqdakı quruculuq işlərində də başqalarının köməyinə bel bağlamaq olmaz və İraq bu məsələdə də öz bacarığına güvənməlidir.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü İraqın Kərbəla vilayətində İraq xalqı və rəsmilərinə xitabən deyib: Əgər İraqın bərpa edilməsində başqalarına bel bağlamaq istəsəniz, heç bir şeyə nail ola bilməzsiniz. İŞİD İlə mübarizədə olduğu kimi. Əgər başqalarına ümid bəsləsəydiniz, terrorçulara qalib gələ bilməzdiniz.

İranın xarici işlər naziri əlavə edib: Əgər İraqın ali dini təqlid mərcəyi Ayətullah Sistaninin fitvası olmasaydı və İraq xalqı bu çağırışa ləbbeyk deməsəydi və İran İslam Respublikası İŞİD ilə savaşda onların kənarında olmasaydı, bu gün regionumuz başqa bir formaya malik olardı.

Zərif əlavə edib: Dünyanın İraq xalqına borclu olduğunu desək yanılmarıq və terrorizm ilə mübarizədə İraq xalqının kənarında olmaq İran İslam Respublikası üçün fəxrdir.

O, həmçinn deyib: İŞİD üzərində qələbə İraq xalqının səylərinin nəticəsi idi və İran da İraq xalqının kən arında bu uğura imza atmış olub.

İranın xarici işlər naziri İraqa olan 4 günlük səfərinin davamında Kərbəlada iranlı və iraqlı iş adamlarının birgə iqtisadi forumunda iştirak edib.

Teqlər