Yan 28, 2019 09:07 Asia/Baku
  • Zərif: İran Türkmənistanla əlaqələri genişləndirməyə önəm verir
    Zərif: İran Türkmənistanla əlaqələri genişləndirməyə önəm verir

İranın xarici işlər naziri deyib: İran İslam Respublikası Türkmənistanla əlaqələri genişləndirməyə önəm verir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Tehranda Türkmənistan xarici işlər nazirinin müavini Vəfa Hacıyev ilə görüşdə bildirib ki, İran daim Türkmənistanla əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsini istəyibdir. O, ümidvar olduğunu bildiribdir ki, iki ölkə əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan bütün imkanlardan bəhrələnəcəkdir.

İranın xarici işlər naziri həmçinin xəzəryanı ölkələrin Xəzər dənizinin hüquqi statusunun təyini barədəki razılaşmalarını xatırladıb, İranın bu dənizdə birgə layihələrin icrasına hazır olduğunu qeyd edib.

İran İslam Respublikası ilə əlaqə və əməkdaşlıqları əhəmiyyətli adlandıran Türkmənistan xarici işlər nazirinin müavini də deyibdir ki, bəzi maneələrin aradan qaldırılması ilə ikitərəfli əlaqə və əməkdaşlıqların genişləndirilməsi sahəsinin daha artıq müyəssər olması üçün səylər göstəriləcəkdir.

 

Teqlər