22 bəhmən yürüşünün qətnaməsi: Amerika dünyada şər işlərin təcəssümüdür
İran xalqı 22 bəhmən yürüşünün yekun qətnaməsində bildirib ki, Amerikanı dünyada militarizm, böhranyaratma, rəzillik, zorakılıq və şər işlərin eyni təcəccümü və tağut bilməkdə davam edir.
İran İslam İnqilabı qələbəsinin ildönümü günü-22 bəhmən yürüşünün iştirakçıları bir qətnamə qəbul edib, İmam Xomeyni(r.ə)-in amalları ilə əhd-peymanlarını təzələyib, İslam İnqilabının Böyük Rəhbəri ilə yenidən beyət edərək, ölkənin məsul şəxslərindən Amerikanın və bəzi Avropa ölkələrinin tələbləri və tamahkarlıqları ilə qətiyyətlə rəftar etmələrini istəyiblər.
Yürüş iştirakçıları həmçinin İranın önləyicilik strategiyaları, müdafiə-raket bünövrəsinin günbəgün gücləndirilməsi, eləcə də dinc nüvə fəaliyyətlərinin daha da genişləndirilməsi zərurətini əsas prinsip adlandırıblar. Onlar vurğulayıblar ki, ABŞ prezidenti Trampın bəşəriyyətə zidd komandasının tamahkarlıqları qarşısında təslim olmayacaqlar.
İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümü yürüşünün iştirakçıları vurğulayıblar ki, Qüdsün azad edilməsi üzrə səyi, həmçinin Amerikanın, uşaqöldürən sionist və ali-səud rejimlərinin militarizm, terrorizm və şər işlər üzrə nəhs üçbucağı qarşısında Fələstin, Bəhreyn, Yəmən, Suriya və İraq xalqları, eləcə də müqavimət cəbhəsi xüsusiyyət təşkil etməklə dünya məzlumlarını hərtərəfli şəkildə müdafiə etməyi öz borcları bilirlər.
Yürüş iştirakçıları İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümünün yekun qətnaməsinin digər bir hissəsində düşmənlərin iqtisadi sanksiyaları və psixoloji savaşlarını pisləyərək, hamını milli birliyi qorumağa, İran məhsulnu himayə etməyə, iqtisadi problemlərin həllində dövlət rəsmilərinə köməyə və şayiəyaratma ilə ciddi mübarizəyə, eləcə də İslam İnqilabı səhnələrində agahcasına iştiraka və anların qədrini bilməyə çağırıblar.
Xalqın məişət problemlərinin aradan qaldırılması, inflyasiya ilə mübarizə, ticarətin rövnəq tapmasına səy və müqavimət iqtisadiyyatının reallaşması İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümü yürüşü iştirakçılarının digər tələblərindən olubdur.