Fev 13, 2019 08:47 Asia/Baku
  • Ale-Həbib: Venesuelada amerikan çevrilişdə məqsəd, neftə yiyələnməkdir
    Ale-Həbib: Venesuelada amerikan çevrilişdə məqsəd, neftə yiyələnməkdir

İran İslam Respublikasının BMT-dəki səfiri Venesuelada amerikan çevrilişdə məqsədi, bu ölkənin neftinə yiyələnmək adlandırıb və vurğulayıb ki, Amerikanın düşmənçilik, qanunsuz və təhrikedici siyasətləri dayandırılmalıdır.

Eshaq Ale-Həbib dünən Qoşulmama Hərəkatının Venesuela məsələsilə bağlı iclasında bu ölkədəki hazırkı hadisələri regional və beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid olmayan daxili bir məsələ adlandırıb.

"Heç bir xarici hərəkət Venesuela dövlətinin birbaşa razılığı olmadan həyata keçə bilməz" deyən İran İslam Respublikasının BMT-dəki səfiri əlavə edib: Heç kəs nə iş görməli olması barədə Karakasa göstəriş verə bilməz.

Ale-Həbib bildirib ki, Amerika iqtisadi savaş salmaq və birtərəfli sanksiyalar tətbiq etməklə Venesuelada iqtisadi böhran yaradıbdır. O, deyib: Amerika bu böhrandan Venesuelaya qarşı düşmənçiliyini əsaslandırmaq üçün bir bəhanə kimi istifadə edir.

Teqlər