Fev 13, 2019 15:37 Asia/Baku
  • Ruhani: Amerikanın fitnələrinin İran xalqının iradəsinə təsiri yoxdur
    Ruhani: Amerikanın fitnələrinin İran xalqının iradəsinə təsiri yoxdur

İran İslam Respublikasının prezidenti deyib: Böyük qüdrətlərin, xüsusən Amerikanın fitnələri İran xalqının iradəsinə təsir göstərə bilməz.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, İran xalqı 22 bəhmən-11 fevral yürüşündə əlindən gələni əsirgəmədi. O, əlavə edib: İran xalqı bu yürüşdə dünya xalqlarına elan etdi ki, xalqın öz taleyinə olan hakimiyyətini heç bir vəchlə xarici təcavüzkarlara vermək istəmirlər.

Ruhani deyib: İran xalqının qırx il bundan öncə düzgün olaraq seçdiyi yol və istiqamət qüdrətlə davam edəcək. O, deyib: Düşmənlər ötən bir il ərzində ardıcıl olaraq çalışdılar ki, İran xalqını nigaran, pərişan və məyus etsinlər, amma İran xalqı bir daha öz başıucalığı, istiqlaliyyəti və heysiyyəti üçün müqavimət göstərir və düşmən qarşısında təslim olmağa hazır deyildir.

İran İslam Respublikasının prezidenti həmçinin Soçidə Suriya məsələsi xüsusiyyət təşkil etməklə region məsələlərinin həlli üzrə üçtərəfli İran-Türkiyə-Rusiya iclasına işarə edərək, deyib: İranın bu iclasda iştirakı göstərir ki, İran İslam Respublikasının xalqı, dövləti və məsul şəxsləri regionun sabitliyi və təhlükəsizliyi üçün səy göstərirlər.

Teqlər